Tramp: İranla danışıqlar qapalı formatda aparılacaq

ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqton və Tehran arasında mümkün sazişlə bağlı danışıqların gizli formatda keçiriləcəyini bəyan edib.

Olaylar.az xəbər verir ki, bu barədə dövlət başçısı özünə məxsus "Truth Social" sosial şəbəkəsində yazıb.

"Birləşmiş Ştatlar üçün məqbul olan yalnız bir qrup mühüm bənd mövcuddur və biz bu danışıqlar zamanı onları qapalı qapılar arxasında müzakirə edəcəyik. Məhz həmin bəndlər bizim atəşkəsə razılıq verməyimizin əsasını təşkil edir",- D. Tramp qeyd edib.

Prezident həmçinin əlavə edib ki, irəli sürülən şərtlər kifayət qədər ağlabatandır, lakin onlardan imtina etmək də hər an mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31