Azərbaycanlı iş adamı Rusiyada milyonluq kompleks aldı

Sankt-Peterburqda yerləşən "Nikolskie Ryadı" kompleksinin yeni sahibi azərbaycanlı iş adamı Əsabil Qasımov olub. Alınmış kompleksin balansında iki otel və şəhərin mərkəzində yerləşən bərpa olunmuş binada kommersiya daşınmaz əmlakı var.

Olaylar.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Aktivin alıcıları Şamama Qasımovaya məxsus "Sanatoriy İstoçnik" MMC (60%) və Taleh Qasımova məxsus "Ekspo" MMC (40%) olub. Şirkətlər azərbaycanlı milyarder, aqrar yönümlü "Karat Holding"in rəhbəri Əsabil Qasımovla əlaqəlidir.

Sövdələşmə 2025-ci ildə baş tutub və Sankt-Peterburqda mehmanxana daşınmaz əmlakı seqmentində ən iri müqavilə olub. Qeyd olunan aktivlər üçün Qasımov 3-3,5 milyard rubl (təxminən 51-59,5 milyon manat) ödəyib. Daha əvvəl "Nikolskie Ryadı" Andrey Yakuninə məxsus "Venture Investment and Yield Management" fondunun aktivlərinə daxil idi.

Obyektlərin ümumi sahəsi 27,9 min kvadratmetr təşkil edir. 1789-cu ildə inşa edilmiş keçmiş Nikolsk bazarının binası keçmiş sahibi (bundan öncəki) tərəfindən 2010-cu ildə 420 milyon rubla (təxminən 7,1 milyon manat) alınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31