İran tərəfi atəşkəs razılaşmasının pozulmasını əsas gətirərək Hörmüz boğazından gəmilərin keçidini müvəqqəti məhdudlaşdırıb.
Olaylar.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra yalnız iki neft tankeri boğazdan keçə bilib.
Hazırda tranzitin bərpa olunacağı vaxt barədə məlumat verilmir.