Rusiya XİN: Rusiyayönümlü qüvvələrin Ermənistandakı seçkilərdə iştirakına ümid edirik
18:22 DünyaMoskva rusiyayönümlü qüvvələrin Ermənistanda parlament seçkilərində sərbəst şəkildə iştirak edə biləcəyinə ümid edir.
Olaylar.az xəbər verir ki, bunu brifinq zamanı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz respublikada cərəyan edən prosesləri, məsələn, Seçki Məcəlləsinə düzəlişlərin qəbul edilməsini görməzdən gələ bilmərik. Biz rusiyayönümlü qüvvələrin Ermənistanda parlament seçkilərində sərbəst şəkildə iştirak edə biləcəyinə ümid edirik", - o vurğulayıb.
Zaxarova Qeyd edib ki, Ermənistanda Seçki Məcəlləsinə dəyişikliklərin müxalifətin seçki imkanlarını qəsdən məhdudlaşdırmaq üçün edilməməsi vacibdir: "Çünki biz Nikol Paşinyanın bu yaxınlarda Rusiya prezidenti ilə görüşdə qarşıdan gələn seçkilər barədə danışarkən Ermənistanın demokratik ölkə olduğuna dair açıqlamasını xatırlayırıq".