Avropadan İrandakı atəşkəs haqda açıqlama
13:31 Dünya"ABŞ və İran arasında atəşkəs Yaxın Şərqdəki gərginliyin azalması istiqamətində mühüm addım hesab olunur".
Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
"ABŞ və İran arasında atəşkəs razılaşması bir neçə həftəlik gərginlikdən sonra təhlükəli həddən geri addım atmaqdır. Bu, təhlükə səviyyəsini azaltmaq, raket zərbələrini dayandırmaq, gəmiçilik fəaliyyətini bərpa etmək və uzunmüddətli razılaşmaya nail olmaq məqsədilə diplomatiya üçün lazımi imkan yaradır", - Kallas bildirib.
Aİ rəsmisi vurğulayıb ki, Hörmüz boğazı yenidən keçid üçün açılmalıdır. Kaya Kallas atəşkəsin əldə olunmasında göstərdiyi səylərə görə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dara təşəkkürünü bildirib.