Rusiya kəşfiyyatından şok iddia: Avropa İttifaqı gizli şəkildə nüvə silahı hazırlayır – ÖZƏL

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR), Avropa İttifaqının "Rusiya təhlükəsini cilovlamaq" bəhanəsi ilə şəxsi nüvə silahı potensialını yaratmaq üçün gizli işlərə başladığını bəyan edib. 

Olaylar.az xəbər verir ki, qurumun yaydığı məlumatda bildirilir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və digər rəsmilər bu hazırlıqların maksimum məxfi saxlanılması barədə razılığa gəliblər. İddiaya görə, Brüssel beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün ABŞ-nin "nüvə çətiri"nə sadiqliyini nümayiş etdirsə də, pərdəarxasında Böyük Britaniya və Fransa ilə birlikdə vahid Avropa nüvə doktrinası və müstəqil komandanlıq yaratmağı planlaşdırır. Rusiya tərəfi bu addımın qlobal silahlanma yarışında yeni və qarşısıalınmaz bir mərhələyə yol açacağı barədə dünyaya xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31