Uşaqlara sosial şəbəkə qadağan edilir
12:38 DünyaTürkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi qadağan edilir.
Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, ədliyyə naziri Akın Gürlekin sözlərinə görə qanuna əsasən, yaxın 3 ay ərzində sosial mediaya giriş yalnız şəxsiyyət təsdiqi ilə mümkün olacaq.
Yeni tənzimləmələrə görə, 15 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsi qadağan ediləcək. Platformalar istifadəçilərin yaşını təsdiqləmək üçün xüsusi sistemlər tətbiq etməyə məcbur olacaq. 15 yaşdan yuxarı istifadəçilər üçün isə daha təhlükəsiz və fərdiləşdirilmiş xidmətlər təqdim olunacaq.
Bununla yanaşı, valideyn nəzarəti alətləri məcburi olacaq. Bu alətlər vasitəsilə valideynlər hesabların idarə olunması, istifadə müddətinin məhdudlaşdırılması və xərclərə nəzarət kimi funksiyalardan yararlana biləcəklər.
Qanun layihəsində həmçinin aldadıcı reklamların qadağan olunması da nəzərdə tutulur. Böyük sosial media platformaları üçün isə daha sərt qaydalar tətbiq ediləcək. Xüsusilə təcili qərarların 1 saat ərzində icra olunması tələbi irəli sürülür