Kremldən Paşinyana “qırmızı işıq”: Moskva praktiki cəzalara başladı – ÖZƏL

Rusiya və Ermənistan rəhbərliyi arasında baş tutan qapalı görüşdən sonra rəsmi Moskva İrəvana qarşı sərt sanksiya mexanizmini işə salıb.

Olaylar.az xəbər verir ki, Ermənistanın "Hraparak" qəzeti öz mənbələrinə istinadən xəbər verir ki, Vladimir Putin və Nikol Paşinyan arasında baş tutan sonuncu görüş olduqca gərgin keçib. Moskva Paşinyan hakimiyyəti ilə hər hansı razılığa gəlməyin qeyri-mümkün olduğunu anlayaraq konkret addımlar atmağa qərar verib: Paşinyan hakimiyyəti ilə əlaqəli olan bütün iş adamları, şirkətlər və mədəniyyət təşkilatlarının Rusiyaya girişi qadağan edilib. Məşhur Proşyan konyak zavodunun lisenziyası ləğv edilib və məhsullarının Rusiyaya ixracı dayandırılıb. Rusiya ilə isti münasibətləri olan səfir Gurgen Arsenyan və ətrafı belə faktiki olaraq "arzuolunmaz şəxs" statusuna düşüb.

Nəşr qeyd edir ki, Kreml artıq ritorikadan praktiki cəza tədbirlərinə keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31