İran Hörmüz boğazından keçən gəmilərdən 64 milyard dollar qazana bilər- ÖZƏL

İranın dövlət televiziyasının sədr müavini Həsən Abedininin hesablamalarına görə, İranın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi illik gəlir, 2 milyon dollarlıq rüsum nəzərə alınmaqla, ən azı 64 milyard dollara çata bilər. Olaylar.az xəbər verir ki, o, dövlət televiziyasında bildirib ki, "Hörmüz boğazı İranın müdrik idarəçiliyi altında bir dəhlizə çevrilib. Ötən il boğazdan 32 min gəminin keçdiyini və hər birindən 2 milyon dollar vergi tutulduğunu nəzərə alsaq, İran təxminən 64 milyard dollar qazana bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31