İstanbulda İsrail Baş konsulluğunun yaxınlığında atışma: bəzi təfərrüatlar məlum olub- (YENİLƏNİB)

Türkiyədə İsrailin İstanbuldakı Baş konsulluğu yaxınlığında silahlı hücum həyata keçirmiş şəxslərin İŞİD terrorçu qruplaşmasının üzvləri olduğu məlum olub.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi qanlı insidentdə iştirak edən şəxslərin qardaş olduqlarını və İstanbula İzmitdən gəldiklərini söyləyib.

"Müəyyən edilən şəxslərdən birinin dini istismar edən təşkilatla (İŞİD) əlaqəsi olduğu, ikisi qardaş olan terrorçulardan birinin isə narkoloji dispanserdə qeydiyyatda olduğu müəyyən edilib", -deyə o bildirib.

Türkiyə mediasında terrorçuların adları Onur Ç., Enes Ç. və Yunus E.S. kimi açıqlanıb. Hücumla bağlı geniş araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31