Türkiyə ballistik raketlərini İŞƏ SALACAQ: 10 m, 7200 kq...
15:09 Dünya2026-cı il ərzində Türkiyədə bir sıra yeni raket sistemlərinin genişmiqyaslı sınaqları həyata keçiriləcək və eyni zamanda bu sistemlərin seriyalı istehsalına başlanması planlaşdırılır.
Milli.Az xəbər verir ki, ötən il Türkiyə ilk hipersəsli ballistik raketi TAYFUN BLOK-4 təqdim edib. Raketin uzunluğu 10 metr, çəkisi isə 7 200 kiloqramdır və ölkənin müdafiə sənayesi üçün ən uzunmənzilli sistem hesab olunur - maksimum uçuş məsafəsi 3 min kilometrdir.
"Roketsan" tərəfindən istehsal edilən bu raketlər strateji əhəmiyyətli hədəflərin - hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri və digər hərbi obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub. Ekspertlər bildirirlər ki, TAYFUN BLOK-4 əsas komponentlər üzrə İran istehsalı olan ballistik raketlərdən üstünlük təşkil edir.