Netanyahu Trampı İrana qarşı güzəştsiz mövqe tutmağa çağırıb – ÖZƏL
14:46 Dünyaİsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Vaşinqtonu İrana qarşı "maksimalist" mövqe nümayiş etdirməyə çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. Netanyahu Trampdan Hörmüz boğazında gəmiçiliyin dərhal bərpa olunmasını və Tehranın yüksək dərəcədə zənginləşdirilmiş urandan tamamilə imtina etməsini tələb etməyi xahiş edib. Baş nazir həmçinin Trampı İranda vurulan F-15E qırıcısının iki pilotunun xilas edilməsi münasibətilə təbrik edib və vasitəçilər vasitəsilə aparılan danışıqlardan narahatlığını bildirib. Səudiyyə Ərəbistanı və BƏƏ liderləri də ABŞ-ni Hörmüz boğazı məsələsində geri addım atmamağa və yalnız tam sülh sazişi çərçivəsində atəşkəsə razı olmağa çağırıblar.