Fransa İranın mülki obyektlərinə zərbə endirilməsinə qarşı çıxıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro rəsmi Parisin istənilən silahlı münaqişədə, o cümlədən İranda mülki infrastrukturun hədəf alınmasına qəti şəkildə qarşı olduğunu bildirib.

Nazir qeyd edib ki, mülki obyektlərə zərbələr müharibə qanunlarına ziddir və Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb ola bilər.

Bu bəyanat ABŞ Prezidenti Donald Trampın Tehrana ünvanladığı xəbərdarlıqdan sonra verilib. Tramp bildirmişdi ki, əgər Hörmüz boğazı açılmazsa, İranın elektrik stansiyalarına zərbə endirilməsi hərbi cinayət sayılmamalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31