SENSASİON İDDİA: Tramp İrana hücum planını son anda təxirə sala bilər

ABŞ prezidenti Donald Trampın İranın infrastruktur obyektlərinə planlaşdırılan hərbi zərbələri təxirə salma ehtimalı var.

Musavat.com xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Portalın mənbəsi bildirib ki, hər şey razılaşmanın əldə olunub-olunmayacağından asılıdır: "Əgər prezident sazişin formalaşdığını başa düşsə, çox güman ki, zərbələrdən çəkinəcək. Lakin qərarı yalnız və yalnız o qəbul edəcək".

Bununla belə, Pentaqon rəsmiləri sazişin müddətinin uzadılacağına şübhə ilə yanaşırlar.

Məlumata görə, Ağ Ev daxilində İranla bağlı fikir ayrılığı mövcuddur. Prezident Tramp İrana qarşı ən sərt və döyüşkən mövqedə olsa da, vitse-prezident, xüsusi elçi və Trampın kürəkəni danışıqların tərəfdarı kimi çıxış edirlər. Rəsmi Vaşinqton İranın atəşkəs təklifinə verdiyi reaksiyanı hələlik "danışıqlar manevri" kimi qiymətləndirir.

Xatırladaq ki, bir qədər əvvəl İran tərəfi regionda müharibənin daimi dayandırılması ilə bağlı ABŞ-nin təklifinə cavabını vasitəçi olan İslamabad şəhərinə təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31