Tramp İrana zərbə endirməyi təxirə sala bilər – Yeni saziş ehtimalı – ÖZƏL
10:50 DünyaABŞ Prezidenti Donald Tramp İranın mülki və enerji infrastrukturuna planlaşdırılan hərbi zərbələri dayandıra bilər.
Olaylar.az xəbər verir ki, Axios portalının Ağ Evdəki yüksək rütbəli mənbələrə istinadən verdiyi məlumata görə, bu qərar rəsmi Tehranla yeni bir razılaşmanın əldə olunma ehtimalından asılıdır. Əgər Tramp real bir sövdələşmənin formalaşdığını görərsə, hücum planından daşınacaq. Lakin yekun qərar şəxsən prezidentə məxsusdur. Prezident administrasiya daxilində İrana qarşı ən sərt mövqe tutan şəxs hesab olunur. Buna baxmayaraq, vitse-prezident Cey Di Vens, xüsusi nümayəndə Stiv Vitkoff və Cared Kuşner diplomatik həllin tərəfdarıdırlar.
Vaşinqton İranın son təkliflərə cavabını qəti imtina deyil, "danışıqlar manevri" kimi qiymətləndirir. Pentaqon rəsmiləri isə saziş üçün verilən vaxtın yenidən uzadılmasına skeptik yanaşırlar. Hazırda Ağ Evdə diplomatik gedişlərlə hərbi güc tətbiqi arasında gərgin seçim müzakirə olunur.