Ərdoğan: İsrail atəşkəs üçün edilən bütün cəhdlərin qarşısını alır

"İsrail hökuməti müharibəyə son qoymaq üçün edilən bütün cəhdlərin qarşısını almağa davam edir. Əl-Əqsa məscidini bağlamaqla və fələstinli məhbuslara ölüm hökmü tətbiq etməklə İsrail Livan və Suriyadakı gərginlikdən qidalanan bir ölkə olduğunu təsdiqləyir".

Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, 28 fevralda başlayan müharibə regionda sülh və sabitliyi təhlükə altında qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31