Dağıstanda daşqınlarla bağlı cinayət işi qaldırıla bilər

Dağıstanda daşqınlarla bağlı cinayət işləri nəzərdən keçirilir.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib.

"Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə istintaq orqanları bölgədə ölümlə nəticələnən, yaşayış binalarının dağılması və digər ciddi nəticələrə səbəb olan daşqınlarla bağlı hadisələr üzrə cinayət işlərini araşdırır" - İstintaq Komitəsi Telegram kanalında qeyd edilib.

Rusiya İstintaq Komitəsinin rəhbəri Dağıstan üzrə regional idarənin rəhbəri Aleksandr Supruna araşdırmaların gedişi və ilkin nəticələri barədə hesabatlar təqdim etməyi də tapşırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31