Petrosyanın seçkilərlə bağlı qərarı açıqlandı - Rusiyalı milyarderlə ittifaq baş tutmadı

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Partiyası "Erməni Milli Konqresi" ilə rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" Partiyası arasında gözlənilən seçki ittifaqı baş tutmayıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Erməni Milli Konqresi" bəyanat yayıb.

"Partiyamız qarşıdan gələn seçkilərdə rejimə qarşı böyük ittifaq yaratmaq üçün bütün lazımi səyləri göstərdi. Biz ittifaqın yaradılması üçün heç bir ilkin şərt qoymadan maksimum çeviklik nümayiş etdirdik. Amma bizdən asılı olmayan səbəblərə görə həmin ittifaq gerçəkləşmədi.

Buna görə də "Erməni Milli Konqresi" seçkilərdə ayrıca iştirak edəcək", - bəyanatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31