Qazaxıstan Ermənistan dəmir yollarının idarəsini almaq üçün danışıqlar aparmır – ÖZƏL

Qazaxıstan tərəfi hazırda Ermənistan dəmir yollarının Rusiya tərəfindən veriləcək konsessiyasını əldə etmək üçün heç bir danışıqlar aparmır. 

Olaylar.az xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan"a "Qazaxıstan Temir Jolı" (KTJ) və ölkənin Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bundan əvvəl Rusiyanın nəqliyyat naziri Andrey Nikitin də bildirmişdi ki, Moskva Ermənistan dəmir yollarının idarəetmə hüququnun Qazaxıstana verilməsi ilə bağlı danışıqlar aparmır.

Xatırladaq ki, 2025-ci ilin dekabrında Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yolu xətlərinin qısa müddətdə bərpasını rus tərəfdaşlardan xahiş etmişdi. Bu xətlər Ermənistan və ABŞ arasında planlaşdırılan "Tramp marşrutu" nəqliyyat layihəsi üçün vacib hesab olunur.

Mart ayında Paşinyan dəmir yollarının idarəetməsinin başqa ölkəyə - Qazaxıstan, BƏƏ və ya Qətərə verilməsi imkanının müzakirə olunduğunu bildirmişdi. Lakin hələlik Rusiya tərəfi bu variantı təsdiqləməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31