Postsovet ölkəsidən xəbərdarlıq: “Onlara atəş açacağıq!”

"Estoniya "kiçik yaşıl adamlar"la mübarizə aparmağa hazırdır".Bunu Estoniya xarici işlər naziri Conatan Vseviov "Welt" qəzetinə müsahibəsində deyib.

"Əgər onlar sərhədi keçərsə, biz atəş açacağıq. Bu qədər sadədir. Və biz müttəfiqlərimizi öz tərəfimizdə saxlamaq və ərazimizin hər qarışını müdafiə etmək üçün əlimizdən gələni edəcəyik", - deyə o bildirib.

Vseviovun sözlərinə görə, ABŞ-ın Avropanın təhlükəsizliyi ilə bağlı narahat olduğu günlər artıq geridə qalıb.

O əlavə edib ki, artıq Avropa İttifaqı (Aİ) ölkələri bunu özləri təmin etməlidirlər.

Qeyd edək ki, "kiçik yaşıl adamlar" - rəsmi nişanları olmayan, kimə məxsus olduğu gizlədilən silahlı əsgərlər deməkdir. Bu termin xüsusilə Krımın ilhaqı zamanı məşhurlaşıb. O vaxt Rusiya uniformasında, amma nişansız əsgərlər Ukraynanın Krım bölgəsində peyda olmuşdu və onları mediada "little green men" adlandırırdılar.Globalinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31