Lukaşenko: “Ermənistanla münasibətlərdə çox ehtiyatlı olmalıyıq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Baş katibi Taalatbek Masadıkovla görüşündə təşkilatın Ermənistanla işində maksimum diqqətli olmağın vacibliyini vurğulayıb.

Lukaşenko qeyd edib ki, Ermənistan təşkilatdakı fəaliyyətini dondursa da, hələ də rəsmən üzv olaraq qalır. Belarus lideri Ermənistandakı daxili siyasi vəziyyətin, xüsusilə seçki ərəfəsində mürəkkəb olduğunu bildirib.

KTMT-yə üzv ölkələrin Ermənistanla münasibətlərdə hər hansı kəskin addımdan qaçaraq "ehtiyatlı və korrekt" davranması zəruri hesab edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31