Epşteyn sağdır? - Mask açıqladı

Milyarder və "SpaceX" şirkətinin qurucusu İlon Maskın atası, amerikalı tədqiqatçı və sahibkar Errol Mask aprelin 6-da amerikalı maliyyəçi Ceffri Epşteynin hələ də sağ olduğunu etiraf edib.

Milli.Az xəbər verir ki, o, bu barədə "RİA Novosti"yə verdiyi müsahibədə bildirib .

"O, sağdır. Epşteyn ölməyib. Buna heç bir şübhə yoxdur. Demək istəyirəm ki, onun ölmüş olması heç bir şəkildə, hətta uzaqdan belə mümkün deyil", - o deyib.

Errol Mask Epşteynin ölümü barədə rəsmi versiyaya şübhə ilə yanaşdığını bildirib, bunu əsaslandırmaq üçün qalmaqallı maliyyəçinin cəsədinin aşkarlanması ilə bağlı qəribəliyə diqqət çəkib. Onun sözlərinə görə, hadisə zamanı müşahidə kameraları söndürülüb və həbsxana mühafizəçiləri yatıb.

Qeyd edək ki, Ceffri Epşteynin adı illərdir qalmaqallı cinayət işi ilə hallanır və onunla bağlı sənədlər mərhələli şəkildə ictimaiyyətə təqdim olunur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31