Yaponiyaya gedən üçüncü gəmi Hörmüz boğazından keçir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Kyodo Xəbər Agentliyinin verdiyi məlumata görə , Yaponiya şirkətləri ilə əlaqəli üçüncü gəmi Hörmüz boğazından keçib . Sözügedən gəmi Yaponiyanın Mitsui OSK Lines şirkətinin Hindistanda qeydiyyatdan keçmiş törəmə şirkətinə məxsusdur. Bu, ABŞ və İsrailin İrana hücumları başlayandan bəri boğazdan təhlükəsiz şəkildə keçən Yapon şirkətləri ilə əlaqəli üçüncü gəmidir. Yaponiyanın Mitsui OSK Lines şirkətinə məxsus yük daşıyan daha iki gəmi əvvəllər bu ərazidən keçib.
İranın xarici işlər naziri Abbas Əraqçi əvvəllər Kyodo News agentliyinə verdiyi açıqlamada Tokio ilə məsləhətləşmələrdən sonra Tehranın Yaponiyaya gedən gəmilərin Hörmüz boğazından keçməsinə "icazə verməyə hazır" olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31