Belarus diplomatı: “İttifaq Dövləti sabitliyin əsas sütunlarından biridir”- ÖZƏL

Belarusun Brüsseldəki müvəqqəti işlər vəkili Sergey Panasyuk bildirib ki, İttifaq Dövləti çərçivəsində əməkdaşlıq Belarusun dövlət sabitliyinin mühüm tərkib hissəsidir. Olaylar.az xəbər verir ki, o, bu fikirləri TASS agentliyinə verdiyi müsahibədə səsləndirib. Diplomat qeyd edib ki, MDB, Avrasiya İqtisadi İttifaqı və İttifaq Dövləti formatında əməkdaşlıq hansı ki, hazırda 30 illiyi qeyd olunur-Belarus dövlətinin, o cümlədən iqtisadi, texnoloji və ərzaq təhlükəsizliyi baxımından sabit fəaliyyətinin əsas elementlərindən biridir. Onun sözlərinə görə, bu əməkdaşlıq belaruslar üçün aydın və konkret üstünlüklər yaradır.
Panasyuk vurğulayıb ki, bu üstünlüklərə texnoloji suverenliyə doğru davamlı irəliləyiş, səmərəli sənaye kooperasiyası, enerji resurslarının əlverişli qiymətlərlə təmin edilməsi daxildir. Həmçinin tərəfdaşlıq çərçivəsində atom energetikası, kosmosun mənimsənilməsi, bio- və nanotexnologiyalar, mikroelektronika, neft-kimya və maşınqayırma kimi yüksək texnologiyalı sahələrdə birgə nailiyyətlər əldə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31