Moskva İrəvana xəbərdarlıq etdi: “Baha başa gələ bilər”
19:56 DünyaRusiya ilə Ermənistan arasında münasibətlərdə yeni gərginlik siqnalları verilib.
Musavat.com xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa Birliyi ilə yaxınlaşmasının ciddi nəticələr doğura biləcəyini açıq şəkildə bəyan edib.
Onun sözlərinə görə, İrəvan Avropa Birliyinə inteqrasiya kursunu seçərsə, bu addım Moskva ilə bir sıra sahələrdə əlaqələrin məhdudlaşmasına gətirib çıxara bilər. Xüsusilə, Overçuk Ermənistanın Rusiya ilə hava nəqliyyatı imkanlarını itirə biləcəyini vurğulayıb.
"Bu, sərt səslənə bilər, amma biz istəyirik ki, Ermənistandakı insanlar başa düşsünlər: belə qərarların nəticəsi olacaq", - deyə rusiyalı rəsmi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31