Paşinyanın iştirakı ilə keçirilən iclas öncəsi jurnalistlərə məhdudiyyət qoyuldu – ÖZƏL
4 Aprel 11:06 DünyaErmənistan Ali Məhkəməsinin 8-ci növbədənkənar konfransı ərəfəsində jurnalistlərin fəaliyyəti ilə bağlı diqqətçəkən məhdudiyyət tətbiq edilib.
Olaylar.az xəbər verir ki, "NEWS.am" nəşrinin məlumatına görə, çəkiliş qrupuna kompleksin ərazisinə saat 12:00-dək yaxınlaşmağa icazə verilməyib. Təhlükəsizlik xidməti əməkdaşları bildiriblər ki, jurnalistlər yalnız müəyyən edilmiş rejimə uyğun olaraq, məhz saat 12:00-dan sonra əraziyə daxil ola bilərlər.
Məsələ ilə bağlı hadisə yerində olan müxbir qeyd edib ki, bu cür məhdudiyyət indiyədək tətbiq olunmayıb və əvvəllər media nümayəndələri kompleks ərazisində sərbəst şəkildə fəaliyyət göstərə bilirdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31