KİV: İranın vurduğu ABŞ-nin F-35 qırıcısının pilotlarından biri xilas edilib

İran səmasında vurulan ABŞ-nin F-35 qırıcısının pilotlarından biri xilas edilib.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən İsrailin "Canal 12" telekanalı məlumat yayıb.

Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələrinin F-35 qırıcısı İranın cənubunda döyüş tapşırıqlarını yerinə yetirərkən vurulub. Bir neçə saatlıq axtarışlardan sonra pilotlardan biri sağ tapılıb.

SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilib ki, İranın Kohgiluye bölgəsinin polis idarəsi vurulmuş ABŞ qırıcısının pilotu və ya pilotlarının ələ keçirilməsinə kömək edənlərə mükafat vəd edib. Vurulan qırıcıda iki ekipaj üzvünün olduğu dəqiqləşdirilib.

Son məlumatlarda isə İran tərəfi artıq amerikalı pilotu əsir götürdüyü barədə məlumat yayıb.

Digər pilotun axtarışları isə davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31