ABŞ NASA xərclərini 23 faiz azaltmağı planlaşdırır

ABŞ administrasiyası 2027-ci ildə Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarənin (NASA) maliyyələşdirilməsini 5,6 milyard dollar və ya 23% azaltmağı planlaşdırır.

Olaylar.az xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən təqdim edilən ABŞ-nin 2027-ci il üzrə federal büdcə layihəsində qeyd olunur.

Bu sənədə əsasən, Beynəlxalq Kosmik Stansiya (BKS) üçün maliyyələşdirmənin də 1,1 milyard dollar azaldılması planlaşdırılır. Ağ Ev qeyd edir ki, büdcədə kommersiya kosmik stansiyalarının sürətli inkişafı və yerləşdirilməsinə üstünlük verilir, eyni zamanda BKS-nin 2030-cu ildə təhlükəsiz orbitdən çıxışı üçün planlar saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31