Putin ilə Ərdoğan arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumat yayıb.

İki lider Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər. Putin Ukrayna ilə bağlı danışıqlar prosesini asanlaşdırmaq istəyinə görə Ərdoğana təşəkkürünü bildirib.

Putin və Ərdoğan İran ətrafında gərginliyin, xüsusən də enerji sektoru üçün mənfi nəticələrə gətirib çıxardığını qeyd edib, Fars körfəzində atəşkəsin zəruriliyi ilə bağlı ortaq mövqe sərgiləyiblər.

Tərəflər Rusiya-Türkiyə siyasi, ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi üçün gələcək addımları müzakirə ediblər.

Putin və Ərdoğan Kiyevin Qara dənizdəki qaz boru kəmərlərinə hücum cəhdləri fonunda addımların əlaqələndirilməsinin vacibliyini qeyd ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31