İranda toqquşma: ABŞ hərbçilərinə zərbə, qırıcı vurulub – ÖZƏL

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarına məxsus İmam Həsən Müctəba briqadasının bölmələri Islamic Revolutionary Guard Corps qüvvələri ilə ABŞ hərbçiləri arasında qarşıdurma baş verib. Məlumata görə, hadisə Xuzistan və Kohgiluye bölgələri arasında qeydə alınıb və ABŞ tərəfi itkilər verib.

Olaylar.az-ın məlumatına görə, Pars Today xəbər verir ki, bu gün səhər saatlarında İranın mərkəzi bölgələri üzərində ABŞ-yə məxsus qırıcı təyyarə vurulub. İlkin məlumatlara əsasən, pilotun sağ qalma ehtimalı var, çünki onun katapult kreslosunun ciddi zədələnmədiyi bildirilir.

Eyni zamanda, qərb və cənub əyalətlərində pilotun axtarışı üçün iki helikopterin fəaliyyət göstərdiyi qeyd olunur. Hələlik bu helikopterlərin hansı tərəfə məxsus olduğu dəqiqləşdirilməyib.

Pilotun tapılması üçün genişmiqyaslı axtarış əməliyyatı başladılıb, bölgədə yerli silahlı dəstələr və tayfa qüvvələri də nəzarəti gücləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31