“Ermənistan-Rusiya münasibətlərinin köhnə modeli tükənib” – ÖZƏL
12:42 DünyaOlaylar.az xəbər verir ki, erməni politoloq Beniamin Matevosyanın fikrincə, İrəvan və Moskva arasındakı mövcud münasibətlər formatı artıq özünü doğrultmur. Ekspert son yüksək səviyyəli görüşlərin nəticəsiz qalmasını və tərəflərin Qarabağ məsələsindən tutmuş xarici siyasət vektoruna qədər heç bir mövzuda ortaq məxrəcə gələ bilməməsini buna sübut kimi göstərib.
Matevosyan hesab edir ki, Ermənistan rəhbərliyi Rusiyanı açıq şəkildə ittiham etməklə xarici siyasət kursunun dəyişməsini leqallaşdırmağa çalışır. Rusiya rəsmilərinin, xüsusilə Aleksey Overçukun kəskin bəyanatları və Paşinyanın Moskva səfəri günü AES-in təmirə dayanması münasibətlərdəki dərin böhranın göstəricisidir.
Politoloqun proqnozuna görə, hazırkı vəziyyət iyunun əvvəlinə qədər davam edəcək. Hakimiyyət mövcud kursu saxlayarsa, Rusiyanın hərbi və iqtisadi varlığı Ermənistanda minimuma enəcək. Münasibətlərin "demontaj" edilməsi regionda Avropanın deyil, əsasən Türkiyənin nüfuzunun artmasına və Ermənistanın təhlükəsizlik arxitekturasının tamamilə dəyişməsinə səbəb olacaq.
Ekspert vurğulayıb ki, müxalifət isə əksinə, Rusiya ilə daha proqnozlaşdırılan və etibarlı tərəfdaşlıq modelinin qurulmasının tərəfdarıdır.