ABŞ Kəşfiyyatı: İranın raket və PUA arsenalının böyük hissəsi hələ də toxunulmazdır – ÖZƏL
11:34 DünyaOlaylar.az xəbər verir ki, CNN-in ABŞ kəşfiyyat dairələrinə istinadən yaydığı məlumata görə, İranın raket buraxılış qurğularının təxminən yarısı və minlərlə pilotsuz uçuş aparatı (PUA) hələ də döyüşə hazır vəziyyətdədir.
Bildirilib ki, İranın PUA potensialının 50%-i və sahil boyu yerləşdirilən qanadlı raketlərinin böyük hissəsi zərər görməyib. SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) rəsmi bəyanatına görə, Tehranın əsas strategiyası İsrail və ABŞ-nin hərbi resurslarını maksimum dərəcədə zəiflətməkdir.
Məlumat aprelin 2-də ABŞ-nin kəşfiyyat hesabatlarına söykənərək CNN tərəfindən tirajlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31