Kaxa Kaladze: "Gürcüstan kənardan idarə olunmayacaq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze İsveçrənin Gürcüstanın diplomatik və xidməti pasport sahiblərinə tətbiq etdiyi viza məhdudiyyətlərini şərh edərkən sərt fikirlər səsləndirib. Kaladze bu addımı "ikili standart" və dövlətə qarşı qəbulolunmaz münasibət kimi qiymətləndirib.

Mer açıqlamasında bildirib ki, ölkə maraqlarının qorunması fonunda viza məhdudiyyətləri mövzusu tamamilə əhəmiyyətsizdir. Gürcüstanın kənardan verilən əmrlərlə idarə olunacağını düşünənlər yanılırlar; ölkə rəhbərliyi heç kimin qarşısında baş əyməyəcək. "Gürcü Arzusu" partiyası xalqın iradəsi ilə hakimiyyətdədir və milli mənafeləri qorumağa davam edəcək. Əgər hazırda hakimiyyətdə müxalifət olsaydı, Gürcüstan böyük fəlakətlərlə üzləşərdi.

Kaladze qeyd edib ki, ölkənin taleyini kənar qüvvələr deyil, yalnız Gürcüstan xalqı və onun seçdiyi hökumət müəyyən edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31