KPC: Küveyt neft emalı zavoduna hücum ətraf mühitə ziyan vurmayıb -ÖZƏL
10:40 DünyaKüveytin Əl-Əhmədi limanı yaxınlığında yerləşən neft emalı zavoduna edilən dron hücumu ətraf mühitə heç bir ziyan vurmayıb. Olaylar.az xəbər verir ki, bu barədə əmirliyin dövlətə məxsus Küveyt Neft Korporasiyası (KPC) məlumat verib. Korporasiya Küveytin KUNA xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, "Biz neft emalı zavodunun ətrafındakı ərazilərdə hava keyfiyyətini izləmək üçün Ətraf Mühitin Mühafizəsi Təşkilatı ilə əlaqələndirməyə davam edirik. Hazırda hücumdan sonra ətraf mühitə heç bir mənfi təsir qeydə alınmayıb".
KPC əvvəllər İranın pilotsuz təyyarəsinin hücumundan sonra neft emalı zavodunda bir neçə yanğın baş verdiyini bildirmişdi. Tələfat barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31