Paşinyan: Aİ-yə görə Ermənistan-Rusiya münasibətləri heç vaxt sual altında qalmayacaq
21:32 DünyaErmənistan və Rusiya arasındakı münasibətlər Avropa İttifaqına görə heç vaxt şübhə altında olmayıb və olmayacaq.
Olaylar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
"Bu kontekstdə Rusiya Federasiyası ilə münasibətlərimiz heç vaxt şübhə altında olmayıb və olmayacaq da, çünki artıq dediyim kimi, bu əlaqələr və münasibətlər çox dərin və mübahisəsizdir", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31