Putin: Ermənistanın açıqlamalarından sonra KTMT Qarabağdakı vəziyyətə müdaxilə edə bilməzdi

Ermənistan rəhbərliyinin 2022-ci ildə Praqada verdiyi açıqlamalardan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qarabağdakı vəziyyətə müdaxilə edə bilməzdi.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"Düşünürəm ki, 2022-ci ildə Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıqdan sonra KTMT-nin bu prosesə müdaxiləsinin tamamilə yersiz olacağı da eyni dərəcədə aydındır. Bu proses Azərbaycan daxili məsələsinə çevrilib" - Putin qeyd edib.

Onun sözlərinə görə, Qarabağ ən həssas məsələ idi: "Bilirik ki, həm sizin, həm də tərəfdaşlarınızın KTMT-yə qarşı sualları, problemləri və şikayətləri olub və olmaqda davam edir. Biz daim bu mövzuya qayıdırıq", - deyə Putin vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31