Moskvada Ermənistan səfirliyinin önündə keçirilən aksiyada Paşinyanın şəkli yandırıldı

Moskvanın mərkəzində Ermənistan səfirliyinin qarşısında keçirilən mitinqdə Baş nazir Nikol Paşinyanın şəkli yandırılıb.

Olaylar.az xəbər verir ki, Moskvada bir qrup erməni Paşinyanın Rusiyaya işgüzar səfərinə etiraz olaraq aksiya keçirib.

Mitinq Erməni Apostol Kilsəsinə dəstək məqsədilə təşkil edilib. İştirakçılar kilsənin daxili işlərinə siyasi müdaxiləyə son qoyulmasını tələb ediblər. Etirazçılar Paşinyan hökumətini Ermənistanı məhv edən cinayətkar, korrupsiyalaşmış bir hökumət kimi xarakterizə ediblər. Fəallar həmçinin qeyd ediblər ki, Yaxın Şərqdəki münaqişənin ilk günlərində Paşinyan "qardaş İran xalqına" kömək etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31