Putin: Ermənistanın eyni vaxtda AİB və Aİ-yə üzv olması sadəcə mümkün deyil
19:02 DünyaErmənistanın eyni vaxtda Avrasiya İqtisadi Birliyinə (AİB) və Avropa Birliyinə (AB) üzv olması sadəcə mümkün deyil.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
Rusiya lideri qeyd edib ki, Moskva İrəvan və Brüssel arasında münasibətlərin inkişafına sakit yanaşır, lakin Ermənistanın eyni zamanda iki gömrük ittifaqının üzvü ola biləcəyini mümkün saymır.
"Ermənistanın Avropa İttifaqı ilə münasibətlərin inkişafını müzakirə etdiyini görürük. Bu barədə tamamilə sakitik. Başa düşürük ki, istənilən ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır", - deyə Putin Rusiya-Ermənistan danışıqları zamanı bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31