Nyu-York meri müharibəyə qarşı çıxdı
15:04 DünyaABŞ-də İranla bağlı müharibə siyasətinə qarşı tənqidlər artır.
Musavat.com xəbər verir ki, Nyu-York meri Zöhran Mamdani ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını sərt tənqid edib.
O, yutuber Brayan Tayler Koenə verdiyi müsahibədə bildirib ki, bu müharibəyə "bütün istiqamətlər üzrə qarşı çıxmaq lazımdır" və Vaşinqtonun "rejim dəyişdirmə müharibələri" tarixən fəlakətli nəticələrə gətirib çıxarıb.
Mamdani qeyd edib ki, müharibə artıq ABŞ-yə 23 milyard dollara başa gəlib və bu, ölkədə "yaşayışın əlçatanlığı böhranı" fonunda xüsusilə ciddi problemdir.
Onun sözlərinə görə, bu vəsait ABŞ vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün istifadə oluna bilərdi:
"Bu pullar səhiyyəyə, müəllimlərə və ya tələbə borclarının silinməsinə yönəldilə bilərdi".
Nyu-York meri əlavə edib ki, bütün bu imkanlar "növbəti rejim dəyişdirmə müharibəsi naminə kənara atılıb".
Qeyd edək ki, Mamdani seçki kampaniyasında da sosial rifah və həyat səviyyəsinin yaxşılaşdırılması məsələlərini prioritet kimi təqdim edirdi.