Karapetyanın partiyası izlənilir?
15:03 DünyaErmənistanda seçkilər öncəsi siyasi gərginlik fonunda yeni iddialar gündəmə gəlib.
Musavat.com xəbər verir ki, "Hraparak" qəzeti "Güclü Ermənistan" partiyasının ofisləri ətrafında şübhəli nəzarətin həyata keçirildiyini iddia edib.
Qzəetin iddiasına görə, partiyanın lideri Samvel Karapetyanın rəhbərlik etdiyi ofislərin qarşısında gecə-gündüz avtomobillər dayanır və naməlum şəxslər gələn-gedənləri izləyir.
İddia olunur ki, bu şəxslər ofisə daxil olan və ya çıxan insanların görüntülərini qeydə alır, daha sonra isə onların kimliyi və yaşayış ünvanları müəyyən edilir.
Mənbənin sözlərinə görə, bundan sonra həmin şəxslərlə və ya onların ailə üzvləri ilə "profilaktik söhbətlər" aparılır, bəzən isə təzyiq göstərilir.
Qəzetin iddiasına əsasən, partiyanın ofislərindən birinə qısa müddətə daxil olan gəncin atası ertəsi gün iş yerində xəbərdarlıq alıb. Ona bildirilib ki, ailəsinin bu partiya ilə əlaqəsi olarsa, işini itirə bilər.
Qeyd edək ki, yayılan bu məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Xatırladaq ki, Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi qüvvə revanşist və Rusiyaya yaxın mövqeyi ilə tanınır.