Rusiyada matəm elan edildi
13:33 DünyaRusiyanın Tatarıstan Respublikasında yerləşən "Nijnekamskneftexim" zavodunda baş verən yanğınla müşayiət olunan partlayışla əlaqədar Nijnekamskda üç günlük matəm elan edilib.Globalinfo.az xəbər verir ki, bu barədə rus mediasında məlumat yayılıb.
"Bütün əyləncə və ictimai tədbirləri ləğv edirik. Dövlət bayraqları binaların üzərində yarıya endiriləcək. İndi matəm və dəstək vaxtıdır", - deyə mer Radmir Belyayev bildirib.
Qeyd edək ki, martın 31-də NKNK-də güclü partlayış olub, ardınca yanğın başlayıb. Hadisə nəticəsində iki zavod işçisi və bir yanğınsöndürən həlak olub. Daha 72 nəfər yaralanıb. Onlardan səkkizi xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator müalicə təyin edilib. Bildirilib ki, müəssisədə fövqəladə vəziyyət "avadanlığın nasazlığı" səbəbindən yaranıb.