Müsəlman ölkəsindən İrana qarşı çağırış: ABŞ-a dəstək veriləcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazının açılması üçün ABŞ-ın keçirə biləcəyi hərbi əməliyyatlara dəstək verməyə hazırdır. 

Globalinfo.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.Nəşr yazır ki, BƏƏ beynəlxalq koalisiya yaratmaq ideyasını irəli sürür və hətta BMT Təhlükəsizlik Şurasının qərarı olmadan hərbi əməliyyatda iştirakını istisna etmir:Məlumata görə, plan Hörmüz boğazının minalardan təmizlənməsi və gəmiçilik təhlükəsizliyinin təmin edilməsini əhatə edir. Həmçinin İran belə bir əməliyyatda iştirak edəcəkləri halda Körfəz ölkələrinin infrastrukturuna zərbə endirəcəyini açıqlayıb.Hörmüz boğazı qlobal enerji axınının əsas arteriyası olaraq qalır, dünya neftinin təxminən 20 faizi bu marşrutdan keçir.Bunun fonunda ABŞ bölgədə hərbi mövcudluğunu gücləndirir və artıq üçüncü hərbi gəmisini egiona göndərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31