Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, görüş Ankarada baş tutub.

Qeyd edək ki, martın 23-də Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da İstanbulda HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüşüb. Görüşdə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı ətraflı müzakirə aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31