Putin BƏƏ prezidenti ilə telefonla danışdı
21:16 DünyaRusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefonla danışıb.
Olaylar.az xəbər verir ki, söhbət zamanı iki lider Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin pisləşməsindən narahatlıqlarını ifadə ediblər.
Bəyanatda deyilir: "Telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin davam edən pisləşməsi, mülki əhalinin ölümü və mülki infrastrukturun dağıdılması ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər".
Onlar həmçinin regionda hərbi əməliyyatların tez bir zamanda dayandırılmasının vacibliyini vurğulayıblar. "
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31