BMT İsraili ölüm hökmünü ləğv etməyə çağırdı

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk İsrail hakimiyyətini terrorizmə görə ölüm hökmünü ləğv etməyə çağırıb.

Olaylar.az xəbər verir ki, V.Türkə görə, İsrail parlamentinin qəbul etdiyi dəyişiklik ciddi narahatlıqlar doğurur, açıq-aşkar ayrı-seçkilik xarakteri daşıyır və dərhal ləğv edilməlidir.

Komissar qeyd edib ki, yeni qanun işğal olunmuş Qərb Şeriyada həbs edilmiş fələstinlilər üçün standart cəza kimi asılmaqla ölüm cəzasını müəyyən edir: "Bu, özlüyündə beynəlxalq humanitar hüququn pozulmasıdır. Bundan əlavə, qanun beynəlxalq insan hüquqları konvensiyasının tələb etdiyi əfv imkanını nəzərdə tutmur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31