KİV: Dörd ərəb ölkəsi İranla müharibənin bitməsini istəmirlər
20:24 DünyaSəudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla ABŞ-ın Fars körfəzindəki müttəfiqləri Donald Trampı İrana qarşı müharibəni davam etdirməyə çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail rəsmiləri "Associated Press"ə bildiriblər.
Bu ərəb ölkələri bir aylıq bombardmanların Tehranı kifayət qədər zəiflətmədiyini düşünürlər.
"Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyn rəsmilərinin sözlərinə görə, onlar İranın rəhbərliyində və ya davranışında fundamental dəyişiklik olana qədər hərbi əməliyyatın bitməsini istəmirlər. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Tehrana qarşı hərbi təzyiqin artırılmasının tərəfdarıdırlar. Birləşmiş Ərəb Əmirlikləri Körfəz dövlətləri arasında ən aqressiv ölkəyə çevrilib və Trampın quru qoşunlarına hücum əmri verməsini qətiyyətlə tələb edir. Küveyt və Bəhreyn də bu variantı dəstəkləyir. Səudiyyə Ərəbistanı hesab edir ki, ABŞ müharibəni indi dayandırsa, İran ərəb qonşuları ilə "faydalı bir razılaşma"ya həvəsli olmayacaq. Səudiyyə Ərəbistanı iddia edir ki, müharibənin yekun həlli üçün İran nüvə proqramını neytrallaşdırmalı, ballistik raket imkanlarını məhv etməli, Tehranın proksi qruplara dəstəyinə son qoymalı və İslam Respublikasının gələcəkdə Hörmüz boğazını effektiv şəkildə bağlaya bilməyəcəyinə əmin olmalıdır" - deyə, adı açıqlanmayan diplomat mediaya bildirib.