Çin şirkəti 10 mindən çox insanabənzər robot istehsal edib

Çinin robototexnika şirkəti olan AGIBOT 10,000-ci humanoid robotunu istehsal etdiyini elan edib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şirkətin son istehsal hesabatında təqdim olunan bu göstərici bütün sahə üçün dönüş nöqtəsinə işarə edir: sənaye ilkin sınaq mərhələlərindən real şəraitdə genişmiqyaslı tətbiq mərhələsinə keçir.

Şirkətin bildirdiyinə görə, söhbət təkcə kəmiyyət göstəricisindən getmir. Bu, humanoid robotların hazırlanması və tətbiqi yanaşmalarında daha dərin dəyişikliklərin təzahürüdür. Erkən mərhələlərdə əsas diqqət maşınların nəzarət olunan mühitdə etibarlı işləyə bildiyini sübut etməyə yönəlmişdi. Bu gün isə AGIBOT kimi şirkətlər davamlı silsilə istehsala və geniş tətbiqə keçid edir.

İstehsal dinamikası şirkətin miqyasını nə qədər sürətlə artırdığını göstərir. İlk 1 000 humanoid robotun istehsalı təxminən iki il çəkib. Daha sonra temp artıb: 1 000-dən 5 000-ə qədər artım təxminən bir il ərzində baş verib. Son mərhələ isə daha da sürətli olub - 5 000-dən 10 000-ə qədər cəmi üç ayda. Bu, əvvəlki dövrlə müqayisədə dörd dəfədən çox sürətlənmə deməkdir.

Şirkət bu sıçrayışı təchizat zəncirinin və istehsal proseslərinin təkmilləşdirilməsi ilə izah edir. Prosesin sürətləndirilməsinə süni intelekt texnologiyalarının inkişafı da təsir göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31