Rusiya səfiri: İran Rusiya gəmilərinin Hörmüz boğazından keçidinə zəmanət verib

İran Rusiyaya Rusiya gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı heç bir problem olmadığını bəyan edib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov "RTVI" yə verdiyi müsahibədə bildirib.

"Hörmüz boğazından təhlükəsiz keçidlə bağlı İran hakimiyyəti ilə daim əlaqə saxlayırıq. Tərəfdaşlarımız bizə Rusiya gəmilərinin keçidinə zəmanət veriblər. Təhlükəsizlik məsələləri İran tərəfi ilə razılaşdırıldıqdan sonra gəmilər keçə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31