ABŞ müdafiə naziri: “İranla bağlı həlledici günlər yaxınlaşır” – ÖZƏL
18:09 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset İran ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib.
O bildirib ki, Vaşinqton Rusiya və Çinin İran məsələsində atdığı addımlardan tam məlumatlıdır və bu istiqamətdə müvafiq tədbirlər görülür.
Nazirin sözlərinə görə, ABŞ-nin müdafiə-sənaye bazası hazırda İkinci Dünya Müharibəsi dövründən bəri ən dinamik mərhələsini yaşayır və sürətlə inkişaf edir. O, bunu İranın vəziyyəti ilə müqayisə edərək qeyd edib ki, Tehran tərəfinin müdafiə-sənaye infrastrukturu demək olar ki, tamamilə məhv edilib.
Pit Heqset əlavə edib ki, ABŞ hərbçilərinin "başlanmış işi tamamlamaq" üçün daha çox bombaya ehtiyacı var.
Nazir vurğulayıb ki, qarşıdakı günlər həlledici olacaq və "İran bunu yaxşı anlayır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31