Müharibədən sonra Ermənistanla əlaqələrimizi daha da dərinləşdirəcəyik - İran səfiri
18:01 Dünya"Davam edən müharibə səbəbindən İranın Ermənistan da daxil olmaqla bir çox ölkə ilə əməkdaşlığının yavaşladığı və planlaşdırılan tempdə getmədiyi danılmazdır, amma bu müvəqqətidir".
Olaylar.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib.
Səfir Ermənistan-İran gündəliyinə çoxsaylı məsələlərin daxil olduğunu, qarşılıqlı səfərlərin planlaşdırıldığını, iqtisadi, təhsil, infrastruktur və digər sahələrdə müxtəlif məsələlər üzrə mühüm iclasların keçiriləcəyini bildirib:
"Müharibə davam edirsə, bu o demək deyil ki, bütün bunlar diqqət mərkəzində deyil. İnşallah müharibə bitdikdən sonra əlaqələrimizi daha da dərinləşdirəcəyik, hər iki ölkənin bu baxımdan böyük istəyi və iradəsi var. İkitərəfli gündəliyin tam şəkildə həyata keçirilməsini təmin edəcəyik".